!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin silah ixrac etdiyi ölkələr: Görün Azərbaycan neçənci sıradadır

!Reklam – Yazi

Türkiyənin 2022-ci ilin ilk 4 ayında müdafiə sənayesi sahəsində həyata keçirdiyi ixracın statistikası açıqlanıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı rəqəmlər Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən paylaşılıb.

Rəqəmlərə görə, 2022-ci ilin ilk 3 ayında Türkiyənin Ukraynaya silah satışı ötən ilin eyni dövrü ilə müqayisədə 30 dəfə artaraq 1,9 milyon dollardan 59,1 milyon dollara yüksəlib.

Sözügedən ixracın 58 milyon dollardan çox qismi isə fevral ayında həyata keçirilib.

Ukraynadan başqa, Türkiyənin silah ixrac etdiyi ölkələrin sıralaması da paylaşılıb. Sıralamaya görə, 2021-ci ildə müdafiə sənayesi sahəsindəki ixraclarda ABŞ 1 milyard 127 milyon dollarla ilk sırada qərarlaşıb. Azərbaycan isə 202 milyon dollarla ikinci sırada yer alıb.

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv