!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin sülhməramlı missiyada iştirakı müsbət haldır” – Araz Əllizadə

!Reklam – Yazi

“Bununla Azərbaycan və Türkiyə arasında əməkdaşlıq daha da güclənəcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Qarabağ müharibəsinə son qoyulmasını nəzərdə tutan üçtərəfli razılaşmanı dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Araz Əlizadənin sözlərinə sözlərinə görə, Türkiyənin sülhməramlı missiyada yer alması müsbət haldır:

“Mən Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında müharibənin başa çatdırılmasına dair əldə edilmiş razılaşmanı çox müsbət qiymətləndirirəm.

Bu, Azərbaycan xalqının çoxdan arzuladığı bir addımdır. Yəni xalq son onilliklər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, məcburi köçkünlərin öz evlərinə qayıtmalarını gözləyirdi. Nə yaxşı ki hamımızın bu arzusu nəhayət, həyata keçdi.

Eyni zamanda, üçtərəfli razılaşmaya riayət olunmasıı üçün regiona yeridilən sülhməramlı missiyaya Türkiyənin də cəlb edilməsi çox yaxşı haldır.

Bu ona gətirib çıxaracq ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq daha da güclənəcək və iki qardaş, dost ölkə bir-birinə həyan olacaq”.

Aqil Bəkir

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv