!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Suriya əməliyyatında Rusiyanın MÖVQEYİ - Baza yaxınlığına yeni hərbi texnika yığırlar

!Reklam – Yazi

Son aylar Türkiyənin Suriyada mümkün hərbi əməliyyatı ilə bağlı açıqlamalar verildikdən sonra bölgədə aktivlik artıb.

Yenicag.az xəbər verir ki, Rusiya mətbuatı son həftələrdə fəallığın davam etdiyi Suriyada Dəməşq və Moskva administrasiyasının Türkiyəyə qarşı birgə hərəkət etdiyini yazıb.

Əsasını terror təşkilatı PKK/PYD/YPG-nin təşkil etdiyi, ABŞ-nin də dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin ölkə prezidenti Bəşər Əsədlə əməkdaşlıq etmək qərarına gəlməsi ilə Dəməşq və Moskva rəhbərliyinin Suriyada yeni bazalar yaratdığı üzə çıxıb.

Rusiyanın “Sputnik” informasiya agentliyinə danışan səlahiyyətlilər, Rusiya və Suriyanın şimalında Rakkada 3 yeni hərbi baza inşa etdiklərini açıqlayıblar. Səlahiyyətlilər həmçinin bildiriblər ki, bu hərbi bazalar M-4 magistral yoluna yaxındır.

Məlumata görə, türk əsgərlərinin mümkün əməliyyatı ehtimalına qarşı Suriya ordusu ilə yanaşı, Rusiya qüvvələri də bazaların yaxınlığına yeni hərbi texnika gətirir.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv