!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin Suriyadakı terrorçulara qarşı əməliyyata başlamaq qətiyyəti...” - Sinan Burhan

!Reklam – Yazi

“Dövlət başçılarının danışıqlarında regional təhlükəsizlik məsələləri ön planda oldu”.

Bu fikirləri Türkiyə, Rusiya və İran dövlət başçılarının Tehranda baş tutan üçtərəfli görüşündə aparılan müzakirələrin nəticələrini dəyərləndirən Anadolu Yayımçılar Dərnəyinin (AYD) sədri Sinan Burhan Yenicag.az-a açıqlamasında deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran heyətinin tərkibində olan Sinan Burhanın sözlərinə görə, üçtərəfli görüşdə mühüm razılaşmalar əldə edilib:

“Tehranda regionun üç güclü ölkəsinin liderinin bir araya gəlməsi və gündəmin mühüm mövzularını müzakirə etmələri doğrudan, çox mühüm hadisə olaraq qiymətləndirilməlidir.

Təbii ki, əvvəldən də gözlənildiyi kimi, dövlət başçılarının danışıqlarında regional təhlükəsizlik məsələləri ön planda oldu və ciddi razılaşmalar əldə edildi.

Eyni zamanda, təhlükəsizlik məsələlərindən başqa enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da ətraflı dəyərləndirildi və bununla bağlı da önəmli addımlar atıldı.

Aparılan danışıqların ən mühüm tərəflərindən biri sözsüz ki, Türkiyənin Suriya və İraqdakı terror şəbəkələrinə qarşı əməliyyatlara başlamaq qətiyyətinin bir daha ortaya qoyulması oldu.

Türkiyə lideri ölkənin PKK/PYD terror təşkilatlarına qarşı əməliyyat keçirmək haqqının olduğunu Rusiya və İran dövlət başçılarının diqqətinə çatdırıb.

Bundan başqa, görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişi də müzakirə edilən məsələlər sırasında yer alıb.

Görüşdəki maraqlı məqamlardan biri də Rusiya lideri Vladimir Putinin hörmətli Prezidentimizə Azərbaycanın dövlət başçısı hörmətli İlham Əliyevin salamını çatdırması oldu.

Bildiyiniz kimi, bu danışıqlardan əvvəl Putinlə İlham Əliyevin görüşü baş tutmuşdu və Azərbaycan Prezidentinin onunla hörmətli Ərdoğana salam göndərməsi Azərbaycan-Türkiyə qardaşlığının özünəməxsus göstəricisidir”.

A.Zeynalov

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv