!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Suriyanın şimalında “GERİ ÇƏKİLMƏSİ”: “Ankara o qruplaşmaların rəqabətinə müdaxilə etməsə də...” – ŞƏRH

!Reklam – Yazi

“Qeyd olunan addım həm Türkiyənin resurslarını qorumağa, həm də Rusiya və İranın təzyqilərini neytrallaşdırmağa şərait yaradır”.

Bu fikirləri Türkiyənin Suriyanın şimalında yerləşdirilmiş hərbi kontingentinin bəzi bölmələrinin Afrin rayonundan geri çəkilməsinə dair məlumatı şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyə özünün əsas nəzarətçi funksiyalarını saxlamaqla, İdlib bölgəsinin Rusiya və İrana, həmçinin Bəşər Əsədə qarşı döyüşə bilən qruplaşmaların nəzarətinə keçməsində maraqlıdır:

“Xatırladım ki, 2018-ci ildə Türkiyə, Rusiya və İran Suriyanın İdlib rayonunda atəşkəsə nail olunması, həmçinin regionda silahsızlaşdırılmış zona yaradılması barədə razılıq əldə etmişdilər. Anlaşmada nəzərdə tutulurdu ki, bu zonaya Türkiyəyə yaxın mötədil qüvvələr nəzarət edəcək, İŞİD və digər radikal qüvvələr isə bölgədən uzaqlaşdırılacaq.

Türkiyənin dəstəyi ilə Suriya Azadlıq Ordusu bölgədə möhkəmlənməyə çalışdı. Bununla belə, “Həyat-Təhrir-əş-Şam” qruplaşması da mövqelərini qoruya bilib. BMT-nin 2020-ci ilə yayımladığı hesabatına görə, bu qruplaşmanın 12 000 -15 000 nəfərlik silahlı birləşmələri ola bilər. “Həyat-Təhrir-əş-Şam” İdlib bölgəsində ən döyüşkən, o cümlədən Rusiya və İrana qarşı barışmaz mövqeyi ilə seçilən qruplaşmadır.

“Həyat-Təhrir-əş-Şam”ın güclənməsi Rusiya və İranı ciddi narahat edir. Bir çox ekspertlərin fikrincə, Suriya Azadlıq Ordusunun bölgədə tam nəzarətinə nail ola bilməyən Türkiyə həmin ərazilərin Əsəd qüvvələri və digər qruplaşmaların nəzarətinə keçməməsi üçün “Həyat-Təhrir-əş-Şam”ın güclənməsinə, xaricdən dəstək almasına göz yumur.

Türkiyə Suriyanın şimalındakı qruplaşmalar arasında çəkişmələrə müdaxilə etməsə də, bununla belə, əsas nəzarətçi funksiyalarını özündə saxlayır. Ehtimal olunur ki, Türkiyə özünün əsas nəzarətçi funksiyalarını saxlamaqla, İdlib bölgəsinin Rusiya və İrana, həmçinin Bəşər Əsədə qarşı döyüşə bilən qruplaşmaların nəzarətinə keçməsində maraqlıdır.

Bu addım həm Türkiyənin resurslarını qorumağa, həm də Rusiya və İranın təzyqilərini neytrallaşdırmağa, eyni zamanda bölgədəki proseslərə təsir imkanlarını saxalamağa şərait yaradır”.

A.Zeynalov

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv