!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin veto hüququndan istifadəyə görə NATO-dan çıxarılmasından söhbət gedə bilməz” - ŞƏRH

!Reklam – Yazi

“Terrorçuların İsveç və Finlandiyada sığınacaq almaları, orada fəaliyyət göstərmələri Türkiyənin təhlükəsizliyinə təhdiddir”.

Bu fikirləri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxan Türkiyənin Şimali Atlantika blokundan xaric olunmasına dair ehtimal və çağırışlara münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Politoloqun fikrincə, Türkiyənin adları çəkilən ölkələrlə bağlı tələbi obyektivdir və onun buna görə NATO-dan xaric edilməsi real deyil:

“Bu barədə kim nə fikir bildirirsə-bildirsin, Türkiyənin NATO-dan çıxarılması gözlənilmir, heç nə edə bilməzlər. Bu ona bənzəyər ki, ABŞ Konqresində prezidentin göndərdiyi qanun layihəsinin əleyhinə çıxan konqresmenlər səlahiyyətlərindən məhrum edilsin.

Türkiyənin İsveç və Finlandiya ilə bağlı mövqeyi aydın və əsaslıdır. Ankara bu ölkələrdən terrorçulara sığınacaq vermək, onları dəstəkləmək kimi praktikaya son qoymağı tələb edir. Türkiyə yox, başqa bir ölkə də olsa, bu, haqlı tələbdir.

Digər tərəfdən, NATO-nun yaradılmasında əsas məqsəd iştirakçı ölkələrin təhlükəsizliyinin təmin olunmasıdır. Terrorçuların İsveç və Finlandiyada sığınacaq almaları, orada fəaliyyət göstərmələri NATO-nun üzvü olan Türkiyənin təhlükəsizliyinə təhdiddir. Buna görə Türkiyəyə heç nə deyilə bilməz.

Fikrimcə, burada həllolunmaz problem yoxdur. Türkiyənin tələbi yerinə yetirilsə, Ankaranın veto hüququndan istifadə etməsinə ehtiyac qalmayacaq”.

A.Zeynalov

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv