Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Türkiyənin Zəfər Günü Bakıda qeyd olunub – FOTO/VİDEO

Türkiyənin 30 Avqust Zəfər Bayramı Bakıda təntənə ilə qeyd edilib.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Bakıdakı Türk Şəhidliyində anım mərasimi keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycan təmsilçisi Ufuk Turqaner, Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları, hərbçilər, ictimaiyyət nümayəndələri qatılıblar.

Erkan Özoral Türk şəhidləri üçün ucaldılmış abidənin önünə əklil qoyub və xatirə dəftərinə qeydlərini yazıb. Daha sonra türk şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb.

Mərasim heyəti Azərbaycanın 20 Yanvar şəhidlərinin də xatirəsini anaraq, Əbədi Məşəlin önünə əklil qoyub.

www.yenicag.az

798