!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə qarşı artan terror fəaliyyəti: "PKK-nın Suriyadakı qolu YPG və PYD də ABŞ-nin birbaşa..."

!Reklam – Yazi

“İsrail HƏMAS toqquşması fonunda Suriyada, İraqda, Qırmızı dənizdə müharibə riskinin artması istər-istəməz terror təşkilatlarını da aktivləşdirib”.

Bu fikirləri İraq və Suriyada teror təşkilatlarının aktivləşməsinin səbəblərini dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Əliyevin sözlərinə görə, Türkiyə sərhədlərinə təhdid gördüyü üçün əməliyyatlar aparır:

“Hələ bu ilin oktyabr ayında Türkiyənin milli müdafiə naziri açıqlama vermişdi ki, İraqın və Suriyanın şimalındakı bütün terror təşkilatları zərərsizləşdirilənə qədər Türkiyə əməliyyatları aparacaq. PKK-nın Suriyadakı qolu YPG və PYD də ABŞ-nin birbaşa nəzarətindədir. Qeyd olunur ki, YPG və PYD İŞİD-ə qarşı mübarizə apardığı üçün ABŞ tərəfindən silahlandırılır. Suriyanın şimalında nə qədər terror təşkilatları varsa, bu, Türkiyənin təhlükəsizliyinə təhdid yaradır.

Terror təşkilatları zaman-zaman aktivləşib. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasından da görünür ki, aktivlik artıb.

Terror təşkilatlarının arxasında müəyyən qüvvələr var. Qərb tərəfindən o təşkilatlar silahlandırılır. Bundan əlavə, Türkiyə ilə ABŞ-nin diplomatik toqquşması iki ölkə münasibətlərinə sirayət edir. Türkiyə həmişə Qərb ölkələrini PKK-nı silahlandırmaqda və maliyyə yardımı etməkdə günahlandırır.

Suriya və İraqda terror təşkilatlarının aktivləşməsi regionda və bölgədə baş verən proseslərdən qaynaqlanır. İsrail HƏMAS toqquşması fonunda Suriyada, İraqda, Qırmızı dənizdə müharibə riskinin artması istər-istəməz terror təşkilatlarını da aktivləşdirib”.

Səxavət Məmməd

www.yenicag.az

1881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv