!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə qarşı MƏZƏNNƏ SAVAŞI: "Ərdoğan böyük güclərə boyun əymədiyi üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Türkiyədə dolların qalxmasında əsas səbəb xarici faktordur”.

Bu fikirləri Türkiyə rəsmi valyutasının dollar qarşısında ucuzlaşmasının səbəblərinə toxunan beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı bildirib ki, Ərdoğan qlobal güclərin istəklərinə boyun əymədiyi üçün dollardan təzyiq vasitəsi kimi istifadə edirlər:

“Türkiyə Cümhuriyyəti qurulduğu gündən bu günədək dolların kursunda artışlar qeydə alınıb. Türkiyə bundan da ağır sınaqlardan çıxıb. Məsələn, Türkiyə Kiprə hərbi müdaxilə etdiyi zaman ABŞ tərəfindən ağır sanksiyalara məruz qalıb, ölkədə dollar qıtlığı yaranmışdı. Turqut Özal dönəmində müəyyən mənada sabitləşmə baş verdi. Türkiyənin daxili və xarici siyasətini bilən və orada təhsil almış şəxs kimi onu deyə bilərəm ki, Türkiyədə yaşanan iqtisadi böhranların əsas səbəbi xarici faktorlar olub. Xarici qüvvələrin iqtidarlardan istəkləri olub. Sonradan iqtidarlar oyun qaydalarını dəyişərək böyük güclərin dediklərin yerinə yetirməyiblər. Ərdoğan dönəmindən əvvəl dolların kursu aşağı idi. Son zamanlar da iqtisadiyyatda müəyyən proseslər baş verdi. Bunun bir çox səbəbləri var. Donald Tramp ABŞ prezidenti olduğu zaman Türkiyəyə qarşı hədələyici bir “tvit” atırdı, dollar da qalxırdı. Buradan yola çıxaraq deyə bilərəm ki, Türkiyədə dolların qalxmasında əsas səbəb xarici faktordur. Bu xarici faktolar isə ondan ibarətdir ki, Ərdoğan ABŞ-nin istəklərilə durub-oturmur, onların istəklərini yerinə yetirmir”.

Aqil Bəkir

www.yenicag.az

1155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv