!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə Rusiya və Azərbaycan qazının tədarükü artdı

!Reklam – Yazi

Bu ilin oktyabr ayında Türkiyə ümumən 3,358 milyard kubmetr təbii qaz idxal edib ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 4% çoxdur.

Yenicag.az Interfax-a istinadla xəbər verir ki, qaz idxalı 18 aylıq davamlı enişdən sonra son il yarımda ilk dəfə artıb.

Rusiya Federasiyasından, “Qazprom”dan Türkiyə oktyabrda 1,986 milyard, Azərbaycandan isə 719 milyon kubmetr qaz tədarük edib (+7%).

İran qazının idxalı qeyri-adi dərəcədə aşağı olaraq qalır. İyun və sentyabr aylarında tədarük tamamilə dayanıb. Oktyabrda onlar ayda olandan 7 dəfə az olub (cəmi 128 milyon kubmetr). Ümumilikdə, ilin əvvəlindən İran qazının Türkiyəyə tədarükü demək olar ki, yarıya qədər azalıb – 3,941 milyard kubmetr.

 

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv