!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə TERROR HÜCUMU: "Rəsmi Ankaranın Ukrayna-Rusiya müharibəsində tutduğu mövqe..." - ŞƏRH

!Reklam – Yazi

“Türkiyədə PKK-nın aktivləşməsinin arxasında Rusiya, ABŞ və Türkiyəyə düşmən kəsilən ölkələr durub”.

Bunu Türkiyədə baş verən terror aktları və PKK terror təşkilatının fəallaşmasının səbəblərinə toxunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, PKK Rusiya və ABŞ-nin əlində Türkiyəyə qarşı silahdır:

“Türkiyədə baş verənlər rəsmi Ankaranın Ukrayna-Rusiya müharibəsində tutduğu mövqeyi ilə bağlıdır. Bunlar Türkiyənin fəallığını, türk birliyinin yaradılmasının ləngidilməsi və başının özünə qarışması üçün atılan addımlardır.

Buna görə də düşmən qüvvələr əllərində olan vasitələrdən istifadə edərək Türkiyəni qarışdırmağa çalışır. Hər kəs bilir ki, PKK Rusiyanın, ABŞ-nin və digər dövlətlərin Türkiyəyə qarşı əlindəki bir silahdır”.

Səxavət Məmməd

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv