!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkmənistan görüşündən GÖZLƏNTİLƏR: “Yaxın gələcəkdə üç türk dövləti…” - ŞƏRH

!Reklam – Yazi

“Münasibətlərin möhkəmləndirilməsi yalnız Azərbaycan üçün deyil, Türkiyə və Türkmənistan üçün də müsbət nəticələrin əldə olunmasına zəmin yaradacaq”.

Bunu Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə liderləri arasında keçirilən görüşü şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, keçirilən üçtərəfli görüş siyasi-iqtisadi, hərbi təhlükəsizlik və digər məsələlərdə əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

“Bir zaman mövcud olan soyuq münasibət artıq isinməyə doğru gedir. Azərbaycan-Türkməsintan ticarət-iqtisadi, siyasi əlaqələri müsbət yöndə sürətlə irəliləyir.

Xəzərin dərinliklərində karbo-hidrogen yataqlarının birgə bölüşdürülməsilə bağlı sənəd yox idi. 2021-ci ildən başlayaraq proses mütəmadi şəkildə həyata keçirilməyə başladı və sənəd imzalandı.
Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşməsi xüsusi önəm daşıyır. Yaxın gələcəkdə üç türk dövləti arasında münasibətlərin müsbət yöndə yüksək nəticə əldə etdiyini müşahidə edəcəyik.

Həm XİN rəhbərləri, həm də ölkə başçıları səviyyəsində görüşlər baş tutur. Münasibətlərin möhkəmləndirilməsi yalnız Azərbaycan üçün deyil, Türkiyə və Türkmənistan üçün də müsbət nəticələrin əldə olunmasına zəmin yaradacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv