!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkmənistanda Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi

!Reklam – Yazi

May ayının 10-da Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul keçirilib və ziyafət verilib.

Səfirlikdən Yenicag.az-a verilən xəbərə görə, qəbulda Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Türkmənistanda fəaliyyət göstərən Türk dövlətlərinin səfirliklərinin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.

Tədbiri açıq elan edən fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov nitq söyləyərək qonaqları salamlamış və tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib.

O, Azərbaycana verdikləri mənəvi dəstəyə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə edən Səfir, tədbir iştirakçılarını Heydər Əliyevin həyat və xidmətlərindən bəhs edən akademik Yaqub Mahmudovun təqdimatında “Dahi Azərbaycanlı” sənədli filminə baxmağa dəvət edib.

Filmdən sonra tədbir iştirakçılarına ziyafət verilib. Ziyafətdə Azərbaycan milli musiqi nümunələri səsləndirilmiş və böyük rəğbətlə qarşılanıb.

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv