!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TV-lərdə reklam qanunvericiliyinə riayət olunması məsələləri müzakirə edildi

!Reklam – Yazi

Audiovizual Şurasının təşkilatçılığı ilə televiziyalarda reklam qanunvericiliyinə riayət olunması sahəsində vəziyyətə həsr olunan görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Medianın İnkişafı Agentliyinin rəhbər və məsul nümayəndələri, ümumölkə yerüstü və peyk yayımlı televiziya kanallarının reklam üzrə rəhbərləri, mediada reklam üzrə ixtisaslaşan reklam agentliklərinin məsul şəxsləri iştirak edib.

Şura sədri İsmət Səttarov görüşün məqsədi, televiziya yayımında reklam qanunvericiliyinə riayət olunması ilə bağlı ümumi vəziyyətdən danışıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müavini Cəfər Babayev sözügedən mövzu ilə bağlı fikirlərini bildirərək iki qurum arasında 2022-ci ildə imzalanıb “Birgə Tədbirlər Planı”nın əhəmiyyətindən, bu planın yerinə yetirilməsi vəziyyətindən, aparılıb birgə monitorinqlər haqqında məlumat verib.

Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov geniş təqdimatla çıxış edərək bu sahədə mövcud qanunvericiliyin tələblərindən danışıb, televiziya və radioda reklamın xüsusiyyətləri, televiziya kanallarında son 1 ildə baş vermiş reklam pozuntuları və tətbiq olunmuş sanksiyalar haqqında məlumat verib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev televiziya yayımında gizli və qeyri-dəqiq reklam hallarının son aylarda azalmasının müşahidə edildiyini bildirib, televiziya yayımçıları tərəfindən verilən sualları cavablandırılıb. Tədbir müzakirə formatında davam edib.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv