!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

TV-lərin təbliğ etdiyi kriminalizmə Əməkdar artistdən ETİRAZ: “Hər yoldan keçəni televiziyaya çıxarırlar”

!Reklam – Yazi

“Münasibətlərdə getdikcə azalan mərhəmət hissləri, sevgisizlik insanların aqressivləşməsinə, cəmiyyətdə şiddət, təcavüz, qətl hadisələrinin artmasına gətirib çıxarır”.

Bu sözləri tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa cəmiyyətdə günü-gündən artaq şiddət və qətl hadisələrinin səbəblərini son vaxtlar çəkilən kriminal xarakterli filmlərdə, animasiyalarda gördüyünü bildirib:

“Sosial şəbəkələrin də bu məsələdə rolu böyükdür. Niyə əvvəllər bu qədər qətl hadisələri yox idi, insanlar bu qədər aqressiv deyildi? Çünki o vaxt ekranlaşdırılan filmlərin hamısı məhəbbət, sevgi, mərhəmət, dostluq aşılayırdı. Köhnə filmlərə baxırıq, uşaqlar yaşlılara kömək edir, avtobusda durub yer verir, insanların bir-birinə münasibəti gözəldir. Bu məsələdə televiziyanın da rolu az önəm daşımır. Əvvəllər televiziya, efirə çıxan diktorlar, verilişə çağırılan qonaqlar hamısı bir nümunə idi. Hər kəs onlara baxıb özünə örnək sayırdı. Amma indi hər şey əksinə olub. Baxırsan, hər yoldan keçəni televiziyaya çıxarırlar, yuxarı başa keçirirlər. Olmaz axı belə. İzləyicilər o insanlardan, o verilişlərdən nə əxz edəcəklər, nə görüb-götürəcəklər? Münasibətlərdə getdikcə azalan mərhəmət hissləri, sevgisizlik insanların aqressivləşməsinə, cəmiyyətdə şiddət, təcavüz, qətl hadisələrinin artmasına gətirib çıxarır”.

Cəvahir

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv