!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TV rəhbəri Bakıda iki məşhur klinikanı aldı - Hospital 8 milyona satıldı - FOTO

!Reklam – Yazi

Azərbaycanda iki məşhur klinika – “Baku City Hospital” və “Türk-American Medical Center” satılıb.

Yenicag.az Bakupost-a istinadən xəbər verir ki, hər iki klinikanı eyni şəxs alıb. Hər iki klinikanın yeni sahibi tibbi media və biznes təşkilatçısı, politoloq, “Səhiyyə TV”nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyevdir.

Məlumata görə, Azər Xudiyev “Baku City Hospital”a 8 milyon manat pul ödəyib. Sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.

Qeyd edək ki, son günlər bir neçə məşhur klinikanın bağlanma təhlükəsində olduğu barədə informasiyalar yayılır. Bildirilir ki, sığorta sisteminin tətbiqi özəl klinikaların gəlirlərini xeyli dərəcədə azaldıb.

www.yenicag.az

1001
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv