!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TV və dərnək rəhbərləri İSBAM trəfindən təltif edildilər - FOTO

!Reklam – Yazi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Kocaeli Heydər Əliyev Kültür Evi Dərnəyinin rəhbəri Bilal Dündar və Kocaeli TV-nin sahibi və aparıcısı Turqay Tüysüzü “Zəfər media medalı” ilə təltif edib.

Yenicag.az xəbər verir ki, hər iki şəxs 44 günlük Vətən savaşında Azərbaycanın haqq səsinə səs vermələri ilə yanaşı, ölkəmizin ictimai müdafiəsi üçün göstərdikləri fəadakarlıqlara görə mükafatlandırblar.

Bu barədə Mia.az-a açıqlama verən İSBAM sədri Samir Adıgözəlli bildirib ki, mükafatlandırma mərasimi bu gün Kocaeli Heydər Əliyev Kültür Evində gözəl bir proqramla gerçəkləşib: “Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının qurucu başqanı, Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar bəylə Kocaeli TV nın baş direktoru Turqay Tüysüz  bəyi böüyk fəxarət hissiylə “Zəfər Media Medalı” ilə təltif etdik. Hər iki dəyərli şəxs uzun illərdir Azərbaycanın haqq səsinin duyulmasina töhfələr verib və bu gün də u istiqamətdə səylərini qətiyyətlə davam etdirirlər”.

Samir Adıgözəlli xatırladıb ki, Bilal bəy Azərbaycan diasporunun öndə gələn ismi olmaqla yanaşı, 29 ildir bir yazar-jurnalist kimi “Kocaeli” qəzetində yazılarla çıxış edir: “Onun hər iki məqaləsindən biri Azərbaycana həsr olunur. Turqay bəy də, eyni zamanda, rəhbərlik etdiyi Kocaeli  TV vasitəsilə uzun illərdir Qarabağ mövzusuna, 44 günlük Vətən Müharibəsində ölkəmizə geniş informasiya dəstəyi verməkdədir. AZərbaycanın hər iki dəyərli dostuna buna görə bir daha  təşəkkür edirəm”.

İSBAM sədri Türkiyədə rəsmi görüşlərinin davam etdiyini sözlərinə əlavə edib.

img img img img

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv