!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Twitter bu funksiyalara sahib oldu

!Reklam – Yazi

Twitter (X) sosial şəbəkəsində audio və video zənglər funksiyası yaradılıb. Lakin hələlik xidmət yalnız bəzi istifadəçilər üçün əlçatandır.

Bu barədə Yenicag.az The Verge-ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, platformanın bəzi istifadəçiləri artıq zəng funksiyasının mövcudluğu ilə bağlı bildiriş alıblar.

Bundan əlavə, tətbiqin tənzimləmələrində audio və video zənglərə icazə verməyə və istifadəçinin onlardan kiminlə istifadə etmək istədiyini seçməyə imkan verən keçid peyda olub. Ekranın yuxarı sağ küncündəki işarədən istifadə edərək şəxsi mesaj vasitəsilə zəng edə bilərsiniz. Zənglər kitabçanızdakı insanlardan, izlədiyiniz istifadəçilərdən və təsdiqlənmiş Premium abunəçilərindən mümkündür. Bununla belə, audio və video zəng xidmətinin nə qədər geniş yayıldığı və onun bütün istifadəçilər, o cümlədən Premium abunəsi olmayanlar üçün əlçatan olub-olmadığı hələ məlum deyil. Eyni zamanda, sosial şəbəkənin sahibi İlon Mask öz hesabında istifadəçilərdən birinin yazısını dərc edib və burada funksiyanın yalnız iOS üçün əlçatan olduğunu bildirib. Daha sonra həmin istifadəçi əlavə edib ki, bu funksiya yalnız sosial şəbəkənin premium istifadəçiləri üçün əlçatandır./Qaynarinfo

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv