!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Uber”dən suverenliyimizə SAYĞISIZLIQ: Azərbaycanlı müştərilər niyə Rusiyanı “seçməlidir"? – VİDEO

!Reklam – Yazi

Dünyanın ən tanınmış taksi xidmətləri sırasında olan ABŞ-nin “Uber” şirkəti Azərbaycanın müstəqil dövlət statusuna hörmətsizlik edir.

Yenicag.az xəbər verir ki, “Uber” şirkətinin Azərbaycanda istifadə olunan mobil tətbiqində ölkənin suverenliyi şübhə altına alınıb.

Şirkətin xidmətindən narazı qalaraq “Uber”in mobil tətbiqi vasitəsilə şikayətini çatdırmaq istəyən azərbaycanlı müştəri arzuolunmaz vəziyyətlə üzləşir.

Çox təəccüblüdür ki, mobil tətbiqdə dövlət dilimizdən istifadə olunsa da, yerli şikayətçilər məcburi xarakter daşıyan “Ölkə seçimi” bölməsində Azərbaycanı “tapa” bilmirlər.

Daha doğrusu, müraciət müəllifləri həmin bölmədə mənsub olduqları ölkə qismində Rusiyanı seçmək məcburiyyətində qalırlar.

Azərbaycan bazarında əhəmiyyətli yer tutan və vətəndaşlarımızın hesabına ciddi gəlir əldə edən “Uber”in dövlət suverenliyimizə qəbuledilməz sayğısızlığını təsadüfi, yaxud da sıradan hadisə kimi qiymətləndirmək mümkün deyil.

O baxımdan, “Uber”in Azərbaycan bazarına daxil olmasına yol açan və şirkətin fəaliyyətinə nəzarət etməli olan müvafiq dövlət qurumlarının bu mühüm detalı diqqətdən qaçırmaları sadəcə, təəccüb doğurur.

Bununla belə, aidiyyatı dövlət orqanlarının gec də olsa, “Uber”ə hansı ölkədə fəaliyyət göstərdiyini “xatırladacaqlarını” gözləyirik.

www.yenicag.az

1451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv