!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Uber"lə bağlı ŞOK SƏNƏDLƏR: Şirkət sektoru necə ələ alıb? - Siyasətçilər də işin içindədir

!Reklam – Yazi

Mərkəzi ofisi ABŞ-də yerləşən “Uber” nəqliyyat şirkəti ilə bağlı daha bir skandal ortaya çıxıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Uber”ə aid gizli sənədlər mətbuata sızdırılıb.

Aralarında “The Guardian” kimi məşhur media quruluşlarının da olduğu şirkətlərə sızdırılan sənədlər 2013-2017-ci illər aralığında göndərilən 83 min elektron məktubdan və 1000-dən çox dialoqun yer aldığı 124 min səs yazısından ibarətdir.

Sənədlərə əsasən, “Uber” 90 milyon dollarlıq lobbiçilik fəaliyyətilə fərqli ölkə siyasətçilərini ələ alaraq bazarda yeganə şirkətə çevrilmək üçün addımlar atıb.

Fransa Prezdienti Emmanuel Makaronun da aralarında olduğu siyasətçilər “Uber” üçün prosesləri asanlaşdıraraq digər şirkətlərin bazardan sıxışdırılmasına yol açıb.

Qeyd edək ki, bəzi ölkələrdə “Uber”ə rəsmi şəkildə qadağa qoyulsa da, Azərbaycanda hələ də fəaliyyət göstərir.

www.yenicag.az

706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv