!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Üç arvad yaxşıdır, amma dördü xoşbəxtlikdir" - Kadırov - VİDEO

!Reklam – Yazi

“Üç arvad yaxşıdır, amma dördü xoşbəxtlikdir”.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov deyib. Kadırov hesab edir ki, üç arvad ilə evli olmaq yaxşıdır, dördü ilə isə xoşbəxtlikdir.

O, bu barədə region sakinləri ilə birbaşa əlaqə zamanı məlumat verib.

Sual verənlərdən biri Kadırovdan soruşub: “İkinci arvad, yoxsa sakit həyat?”.

“Dörd arvadın varsa, xoşbəxtsən. İki arvad varsa, deməli, əsl kişisən, üç arvad yaxşıdır, dördü xoşbəxtlikdir. Peyğəmbərimiz Məhəmməd (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur”, – deyə Çeçenistan rəhbəri cavab verib.

Eyni zamanda o, “dərin dindar” bir insan olduğunu vurğulayaraq, “bu həyatı və gözəl qadınları” sevdiyini etiraf edib.

Xuraman Etibarlı

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv