Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Üç hakimin səlahiyyətinə xitam verildi

Hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə Məhkəmə Hüquq Şurası tərəfindən təsdiq edilmiş yeni Qaydalara uyğun olaraq, cari ildə 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclasında bildirilib.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.

Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.

www.yenicag.az

160
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100