!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç ildir axtarışda olan Oman vətəndaşı Qəbələdə saxlanıldı

!Reklam – Yazi

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Oman Sultanlığının vətəndaşı Zakariya Abdullah Hassan Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasına baxmayaraq o, məsuliyyətdən yayınmağa cəhd edib.

Belə ki, 3 ilə yaxın müddətdə paytaxtda, eləcə də respublikanın digər bölgələrində gizlənməyə çalışıb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri Bakı şəhərində müəyyən edilərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv