!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç ölkənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşü keçirildi

!Reklam – Yazi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanda keçirilən Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşündə iştirak edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Rəşad Nəbiyev görüşdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında son 20 ildə Azərbaycan bir sıra iri regional nəqliyyat və kommunikasiya layihələrinin təşəbbüskarı olub: “Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası – bütün bu layihələr daha geniş regional əməkdaşlığa hesablanıb və geostrateji coğrafi mövqeyi olan ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirir”.

Qeyd olunub ki, alternativ marşrutlara nisbətən qısa olan Orta Dəhliz rəqabətqabiliyyətliyi baxımından daha əlverişlidir. Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcək və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq digər bir amil Zəngəzur dəhlizinin ən qısa müddətdə açılmasıdır.

Vurğulanıb ki, Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit keçidi olmaqla Çin və Mərkəzi Asiya ölkələrinin Avropa istiqamətində nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin etmiş olacaq, həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit marşrutları üzrə yük keçirmə qabiliyyətini artırmaq imkanı yaradacaq.

Çıxışın sonunda səsləndirilib ki, regionun nəqliyyat potensialından maksimum istifadə etmək bizim ümumi məqsədimizdir. Nəqliyyat sistemlərimizin bir-birini tamamlaması ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv