Üç ölkənin XİN rəhbəri Bakıda görüşəcək

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu dekabrda Bakıda üçtərəfli görüş keçirəcək.

Yenicag.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi bildirib.

Nəcəfi qeyd edib ki, görüş dekabrın ikinci yarısında keçiriləcək: “Hələlik dəqiq tarix məlum deyil”.

COP29