!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç saat qapalı iclas keçirən Paşinyan nələri müzakirə etdi?

!Reklam – Yazi

“Uzun fasilədən sonra “Mülki razılaşma” fraksiyasının deputatları nəhayət ki, Nikol Paşinyanla görüşüb və üç saatdan çox müzakirə aparıblar”.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, görüş ötən gün baş tutub:

“Mümkün sızmaların və onların fəsadlarının qarşısını almaq üçün iclasa beş dəqiqədən az qalmış deputatlara iclasla bağlı xəbərdarlıq edilib. Nikol Paşinyan axşam saat 19:00 radələrində parlamentə gedib.

Nikol Paşinyan iclasda “Artsax”da baş verənlərdən danışaraq, dövlət idarələrinə “Artsax” vətəndaşlarının mümkün qədər tez və rahat şəkildə köçürülməsini deyil, həm də onların işlə təmin olunması məsələlərini təşkil etməyi tapşırdığını deyib. O, rusların öz fəaliyyətlərini davam etdirmək üçün müəyyən sayda insanı “Artsax”da saxlamağa çalışacaqları barədə təəssüratlarını bölüşüb, yeri gəlmişkən qeyd edib ki, bu, artıq Ermənistanın problemi deyil. Sonra o, 5 oktyabr iclasından danışıb. Məlumdur ki, həmin gün İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa İttifaqı sammitində Aİ Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcəklər. Demək olar ki, çoxdan gözlənilən sülh müqaviləsini imzalamağa indi çox az qalmışıq və oktyabrın 5-də keçiriləcək iclasda həmin sənədin imzalanmasının əsasları qoyulmalıdır”.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv