!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç uşağın zəhərlənməsində yaranan CİNAYƏT MƏSULİYYƏTİ: Ananı hansı cəza gözləyir?

!Reklam – Yazi

“Bu hadisə uşaqların xəstələnməsinə görə ananın bir dərman yerinə ikisini verməklə, övladlarının bir qədər tez sağalması üçün atdığı addım da ola bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvünün dərmandan zəhərlənməsi və bunun yarada biləcəyi cinayət məsuliyyəti haqda danışan hüquqşunas Əsabəli Mustafayev deyib.

Onun sözlərinə görə, burada ana tərəfindən hər hansı bir səhvə də yol verilmiş ola bilər.

“Hazırda yəqin ki, hadisə ilə bağlı araşdırma gedir. Düzü, faciənin səbəblərini ehtimal etmək çətindir. Necə ola bilər ki bir ana üç uşağını zəhərləsin? Bu, o qədər də inandırıcı gəlmir. Burada ana tərəfindən hər hansı bir səhvə də yol verilmiş ola bilər. Məsələn, bu hadisə uşaqların xəstələnməsinə görə ananın bir dərman yerinə ikisini verməklə, onun övladlarının bir qədər tez sağalması üçün atdığı addım da ola bilər. Bu hadisənin nədən və hansı məqsədlə baş verməsini düşünürəm ki, gələcəkdə araşdırma göstərəcək. Burada əsas olan ananın məqsədidir”, – deyə o bildirib.

Hüquqşünas əlavə edib ki, əgər ananın məqsədinin həm uşaqlarının, həm də özünün həyatına qəsd etməsi məlum olarsa, ananı bu addıma nəyin vadar etməsi də araşdırılacaq:

“Əgər bu hadisə başqa şəxslərin təzyiqi, qanunsuz hərəkətləri və təsiri altında baş veribsə, həmin şəxslər də məsuliyyət daşıyacaq”.

Ə.Mustafayev qeyd edib ki, ananın sonradan öz canına qəsd etməsi də onu məsuliyyətdən azad etmir:

“Əlbəttə, valideyn bunu qəsdən həyata keçiribsə, burada ana da məsuliyyət daşıyacaq. Əgər valideyn bunu övladlarını öldürmək məqsədi ilə edibsə, bu həyata qəsd etməkdir. Ananın sonradan öz canına qəsd etməsi də onu məsuliyyətdən azad etmir. Sui-qəsd faktı aşkarlanarsa, çox ağır maddələrlə və bəndlərlə məsuliyyətə cəlb olunacaq. Əgər uşaqların səhhəti bu səbəbdən pozularsa, ona uyğun da cinayət məcəlləsinin 126,127-ci maddələri ilə ona cinayət işi qaldırılacaq. Öldürməyə cəhd faktı aşkarlanarsa, ehtimal olunur ki, o, Cinayət Məcəlləsinin 120-ci maddələri ilə 10-12 il azadlıqdan məhrum edilə bilər. Lakin hər halda, istintaqın və məhkəmənin yekununu gözləmək lazımdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv