!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucarda avtomobil su arxına aşdı: Xəsarət alan var - FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

Ucarda baş verən avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

Yenicag.az xəbər verir ki, “Mercedes”də olan 4 nəfər Kəlbəcər rayon sakinləri 1964-cü il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cu il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarovadır. “Hyundai”da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 xanım isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

18:16

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Hyundai” markalı minik maşınlarının toqquşması nəticəsində “Hyundai” yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /Apa/

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv