!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucarda dəhşətli qəza: 3 ölü, 2 yaralı var

!Reklam – Yazi

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır./Apa/

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv