Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ucarda minik avtomobili yük maşınına çırpıldı: Ölən var

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 11-də saat 12 radələrində rayonun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini M.Muxtarov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı maneəyə vurduqdan sonra Qəzyan kənd sakini N.İsayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan sərnişinlər – Bakı şəhər sakini P.Mustafayev və Lənkəran rayon sakini Rəşad Həsənov xəstəxanaya yerləşdirilib, ağır vəziyyətdə olan Rəşad Həsənov Həsənov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

181