!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucarda seyid azyaşlı oğlana təcavüz etdi - FOTO

!Reklam – Yazi

Ucarda azyaşlı oğlanla cinsi əlaqədə olan şəxs həbs edilib. 

Yenicag.az xəbər verir ki, Ucar rayon Polis Şöbəsindən verilən məlumata görə, 51 yaşlı Ağayev Ceyhun barəsində Ucar rayon Məhkəməsi tərəfindən 27 iyul 2022-ci tarixində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Ağayev Ceyhun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə – eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə əsasən, 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

İstintaq işləri yekunlaşana qədər o, Şəki şəhərində yerləşən həbsxanada qalacaq.

Onu da deyək ki, C.Ağayev Ucar rayonunda seyid kimi tanınır və onun məsciddə yeniyetmələri öz ətrafına yığması ilə bağlı iddialar var. Bununla bağlı Ucar məscidinin axundu Rəhimov Elnur bildirib ki,  sözügedən şəxs məscidə yalnız namaz qılmaq məqsədi ilə gəlib: “Bizim mədrəsə qeydiyyatımız olmadığı üçün, Quran dərsləri keçmək kimi bir ixtiyarımız yoxdur. Ona görə də Ağayev Ceyhunun guya məsciddə yeniyetmələrə Quran öyrətməsi iddiaları həqiqəti əks etdirmir. Onun heç bir dini təhsili və fəaliyyəti yoxdur.

Bizdə iki qurumun kamerası var – Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. O kameralara da sözügedən qurumlar nəzarət edir. Bizim özümüzün şəxsi kameramız yoxdur. İndi bu məsələdə məsciddin adı hallanır, lakin o, son zamanlar məscidə nadir hallarda gəlirdi”.

Bildirək ki, 51 yaşlı C.Ağayev 2 dəfə ailəli olub. Onun ilk evliliyindən bir qızı var./Unikal/

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv