Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Üçmərtəbəli hosteldə yanğın - Bakıda / VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada baş vermiş yanğın saat 05:00-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Baku TV-nin əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada (hostel kimi fəaliyyət göstərdiyi qeyd olunub) yanğın olması barədə məlumat daxil olub. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, üçmərtəbəli binanın 3-cü mərtəbəsi və dam örtüyü yanır. Binada yaşayış yoxdur.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Paytaxtın Nəsimi rayonunda yanğın başlayıb.

Hadisə Bəşir Səfəroğlu küçəsində yerləşən üçmərtəbəli hosteldə baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Binanın dam örtüyündə başlayan yanğın qısa zamanda digər binaya da keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

www.yenicag.az

157