!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Uçot dərəcəsinin artması kredit faizlərini yüksəldəcək" - ŞƏRH

!Reklam – Yazi

“Biznes üçün yüksələn faizlər onların satdığı malların və göstərdiyi xidmətlərin bahalaşmasına səbəb olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Bankın uçot dərəcəsini artırmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, baş verən artımın əsas səbəbi kimi infilyasiyanın qarşısının alınması göstərilir, lakin gedişat bunun tam əksini göstərəcək:

“Mərkəzi Bankın uçot dərəcəsinin ölkədə formal iqtisadi göstərici olması məlumdur. Məmləkətdə iqtisadi institutlar çox zəif olduğu üçün uçot dərəcəsi vasitəsilə qiymət artımının qarşısını almaq mümkün deyil.

Azərbaycanda inflyasiya yaradan amillər idxaldan asılılıq, rüsumların, vergilərin yüksək olması və onların məntiqsiz tətbiqi, inhisarçılıq, rəqabətsiz mühit və korrupsiyadır.

Mərkəzi Bankın uçot dərəcəsinin artması bir tək kredit faizlərini yüksəldəcək. Onsuz da kredit faizləri çox yüksəkdir. Biznes üçün yüksələn faizlər tam tərsi, onların satdığı malların, göstərdiyi xidmətlərin bahalaşmasına səbəb olacaq. Deməli, əksinə, inflyasiya yüksələcək.

Yaxın aylarda məzənnə dəyişikliyi olmayacaq. Nə qədər ki, neftin qiyməti bahadır, bu risk yoxdur. Amma Elman Rüstəmov da bilir ki, uzun zaman sabit və inzibati məzənnə rejimini saxlamaq mümkün deyil, günün birində mütləq məzənnəni dəyişəcəklər. Yəni manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq”.

Gülşən Şərif

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv