!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uçot faiz dərəcələri: "AMB-nin bu addımı kommersiya banklarına da təsir edəcək"

!Reklam – Yazi

“Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsini qaldırması müəyyən mənada kommersiya banklarının da faiz dərəcəsinin qalxması ilə nəticələnəcək”.

Bu sözləri Avropa Mərkəzi Bankının uçot dərəcəsini 4,5 faizə qaldırmasına münasibətini bildirən iqtisadçı ekspert Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, Avropa Mərkəzi Bankının uçot faizi dərəcəsini rekord həddə, yəni 4,5%-ə qaldırması Avropa İttifaqı ölkələrinin bir çoxunda struktur böhranın daha da dərinləşməsi ilə nəticələnəcəyini xüsusilə qeyd etmək lazımdır:

“Avropa iqtisadiyyatının mövcud problemi və inflyasiya məsələləri manitar inflyasiya ilə bağlı deyil. Bu, tamamilə əksinə, dünya iqtisadiyyatında, dünya təsərrüfat sistemində kanyukturanın dəyişməsi ilə bağlı olan qiymət artımıdır. Və qeyri manitar bir inflyasiyanı manitar problemlərlə həll etmək mümkün deyil.

Bunun əksinə olaraq biz müəyyən prosesləri müşahidə edəcəyik. Çünki Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsini qaldırması müəyyən mənada kommersiya banklarının da faiz dərəcəsinin qalxması ilə nəticələnəcək. Nəticə etibarilə sahibkarlıq sektorunda ciddi problemlər formalaşacaq. Bəlkə də sahibkarlar artıq aşağı faiz dərəcələri ilə kredit götürə bilmədikləri üçün müəyyən ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq ki, bu da öz növbəsində yenidən inflyasiyanı artıracaq”.

Yusif Səmədzadə

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv