!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçtərəfli görüş keçirildi - Nələri müzakirə etdilər?

!Reklam – Yazi

Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.

Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılmasını, taxıl koridorunun fəaliyyətini və digər məsələləri müzakirə edib.

Görüşdən sonra Ukrayna prezidenti Türkiyə prezidentinin səfərini yüksək qiymətləndirib.

“Ərdoğanın səfəri onun bizə dəstəyinin güclü göstəricisidir”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv