!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçtərəfli görüşlərin dəyişən MƏKANI: "Moskvadan kifayət qədər neqativ yanaşma olacağını..."

!Reklam – Yazi

“Görünür, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh imzalamaqla bağlı olan məsələləri daha çox payız aylarına saxlamaq istəyir. Çünki gedən proseslərə daha realistik yanaşır”.

Bunu Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün Vaşinqton və Brüssel görüşlərindən sonra Moskva toplantısının mümkün nəticələrini şərh edən politoloq Əhməd Əlili Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, artıq Avropa İttifaqı missiyası Qrinada görüşü barəsində danışmağa başlayıb:

“Görünür, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh imzalamaqla bağlı olan məsələləri daha çox payız aylarına saxlamaq istəyir. Çünki gedən proseslərə daha realistik yanaşır.

Hazırda Ermənistan daxilində kifayət qədər ciddi proseslərin başladığının şahidi oluruq. Xüsusilə Brüssel görüşündən sonra Şarl Mişelin və digərlərinin ünvanına kifayət qədər neqativ fikirlər səsləndirilir. Bu isə hazırda sülh müqaviləsi kontekstində Nikol Paşinyanın ciddi problemlərlə üzləşə biləcəyi deməkdir. Ona görə də sülh müqaviləsi nə qədər sürətli imzalanarsa, gələcəkdə bir o qədər Ermənistan daxilində müqavimət az olar.

Brüssel görüşündən yadda qalan bir sıra müsbət məqamlar oldu. Dünya gömrük qaydalarının tətbiq olunması ilə bağlı fikirlər səsləndirilməsini xüsusi qeyd etmək lazımdır. Moskvanın Brüssel görüşündən narazılığının olduğu heç kimə sirr deyil. Lakin Moskva görüşünü gözləyib Brüsseldə olan sənədlərə Rusiyanın reaksiyasının necə olacağını görmək lazımdır. Ancaq gömrük qaydalarına və bir sıra digər məsələlərə Moskvadan kifayət qədər neqativ yanaşma olacağını indidən sezmək olur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv