!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçüncü Dünya müharibəsi başladı!

!Reklam – Yazi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Oleksiy Danilov bildirib ki, III Dünya müharibəsi artıq başlayıb və Ukrayna bu müharibədə fəal iştirak edir.

Yenicag.az.xəbər verir ki, bu bəyanatla o, Kiyev Təhlükəsizlik Forumunun iclasında çıxış edib.

“Ukrayna NATO-ya üzv olmalıdır. O hadisələr ki, dünyada baş verəcək, onlar dayanmayacaq. Kimsə Üçüncü Dünya müharibəsinin başlamadığına inanırsa, bu, böyük səhvdir ” -deyə o bildirib.

Danilovun fikrincə, Ukraynanın NATO-ya daxil olması alyansı gücləndirəcək, Ukrayna münaqişəsinin nəticəsi isə BMT-nin rolunu dəyişəcək. O həmçinin Ukraynada münaqişənin başlamasını anlaşılmazlıq hesab etməməyə çağırıb və qeyd edib ki, “burada hər şey daha mürəkkəbdir”.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nun baş katibi Yens Stoltenberqlə ölkənin alyansa daxil olmasının mərhələlərini müzakirə edib./Unikal/

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv