!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçüncü Dünya Müharibəsi RİSKİ: “Əgər bu baş verərsə, Rusiya nüvə silahından istifadə edə bilər” - POLİTOLOQ

!Reklam – Yazi

“Rusiyanın hazırki hədəfi Ukraynanı qızışdırmaqdır. Məqsəd Ukraynanı Rusiyanın daxili ərazilərini vurmağa təhrik etməkdir. Əgər bu baş verərsə Rusiya nüvə silahından istifadə edə bilər”.

Bunu hərbi jurnalistlərlə söhbətində Rusiya Federasiyası Prezidenti Vladimir Putininin “Birləşmiş Ştatlar Ukraynada münaqişənin kəskinləşməsindən qorxmadığını iddia etsə də, oradakı sağlam düşüncəli insanlar işi Üçüncü Dünya Müharibəsinə aparmaq istəmirlər” açıqlamasını şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, Üçüncü Dünya müharibəsinin indiki məqamda baş verəcəyini düşünmədiyini bildirib:

“Rusiya-Ukrayna müharibəsinin özü faktiki olaraq elə Üçüncü Dünya müharibəsi deməkdir. Çin bu müharibədə Rusiyanı, Amerika və kollektiv Qərb isə Ukraynanı dəstəkləyir. Ancaq rəsmi olaraq münaqişə Rusiya və Ukrayna arasında olduğu üçün Üçüncü Dünya müharibəsi adlandıra bilmirik.

Rusiya hazırda bir çox riskli addımlar atır. Reallıq isə Rusiyanın irəliləyə bilməməsidir. İrəliləyə bilməyəcəyini də yaxşı başa düşür. Buna görə də Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənməkdə daha maraqlıdır.

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin ötən gün Rusiyanın əks-hücum əməliyyatlarına başlayacağı ilə bağlı verdiyi açıqlama təsadüfi deyil. Bu açıqlama məhz Ukraynanın əks-hücum əməliyyatlarına başlamasından sonra verilib.

Ukrayna ordusu hazırda əks-hücum əməliyyatları çərçivəsində bir sıra strateji obyektləri ələ keçirib. Ancaq Rusiyanın məqsədi heç də yeni ərazilər işğal etmək deyil. İşğal edilmiş mövcud əraziləri qorumaqdır. Çünki Rusiya döyüşlərin arealının genişlənməsinin əlavə itki, iqtisadi baxımdan geriləmə olduğunu yaxşı başa düşür.

Rusiyanın hazırki hədəfi Ukraynanı qızışdırmaqdır. Bunun üçün Rusiya uzaqmənzilli raketlərlə böyük şəhərləri – Kiyevi, Lvovu və strateji obyektləri vurmağa başlayıb. Məqsəd Ukraynanı Rusiyanın daxili ərazilərini vurmağa təhrik etməkdir. Əgər bu baş verərsə Rusiya nüvə silahından istifadə edə bilər.

ABŞ indiki məqamda müharibənin miqyasının genişlənməsində yox, davam etməsində maraqlıdır. Əgər müharibə iştirakçılarının sayı artsa, faktiki olaraq Amerika özü də bu prosesə qoşulmağa məcbur olacaq. Belə olduğu təqdirdə isə rəsmi olaraq Üçüncü Dünya müharibəsi başlaya bilər. Ancaq hazırda Amerikanın proseslərin genişlənməsində maraqlı olmaması, Rusiyanın isə mövcud işğal vəziyyətini davam etdirmək istəməsi Üçüncü Dünya müharibəsi riskinin olmadığını göstərir”.

Nəsimi Ələsəgərli

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv