!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Üçüncü Dünya müharibəsindən qurtula bilməyəcəyik" - İlon Mask

!Reklam – Yazi

“Biz Üçüncü Dünya Müharibəsinə doğru gedirik”.

Yenicag.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsonun suallarını cavablandırarkən deyib.

O, Şərqlə Qərb arasında qarşıdurmanın davam edəcəyi təqdirdə bəşəriyyət üçün ən pis ssenaridən danışıb.

“Məncə, ən vacib sual budur: “Üçüncü Dünya Müharibəsindən necə qaça bilərik?”. Çünki müxtəlif münaqişələrə baxsanız… onlar sivilizasiya risklərini təmsil etmir.

Üçüncü Dünya Müharibəsi bir sivilizasiya riskidir, ondan qurtula bilməyəcəyik. Beləliklə, mən hesab edirəm ki, biz Üçüncü Dünya Müharibəsinin qarşısını almağı prioritet etmək istəyirik. Bu, həqiqətən də önəmlidir”, – Mask deyib.

O, həmçinin Birinci Dünya Müharibəsinə səbəb olan hadisələrlə paralellər apararaq, hətta əhəmiyyətsiz görünən münaqişənin dərhal həll edilmədiyi təqdirdə qlobal böhrana çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

“Heç kim Üçüncü Dünya Müharibəsini gözləmir. Ona görə də bunun yenidən baş verə biləcəyini düşünməliyik. Və vəziyyət nəzarətdən çıxanda, siz fərqinə varmadan bizdə Birinci və İkinci Dünya Müharibələrini çox ötüb keçən genişmiqyaslı qlobal dağıdıcı qarşıdurma yaranır”, – o əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv