!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Üçüncü dünya müharibəsinin qoxusu gəlir" - Hərbi ekspert

!Reklam – Yazi

“Ukrayna ətrafında cərəyan edən hadisələrdə uduzan Ukrayna dövləti və xalqı olacaq”.

Bu sözləri Ukrayna ətrafında cərəyan edən prosesləri, Donbas istiqamətində tərəflərin bir-birinə zərbələr endirməsini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, Donbasda baş verənlərlə bağlı hər iki tərəflər ziddiyətli məlumatlar verir:

“Tərəflərin ziddiyətli məlumatlar verməsi təbiidir. Nə Rusiya tərəfi deməyəcək ki, biz Donbası vururuq, nə də Rusiya tərəfi Ukrayna mövqelərrinə zərbələr endirdiyini açıqlayacaq. Bu Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Qarabağdakı məsələyə bənzəyir. Ermənilər atəş açırdı, deyirdilər cavab atəşi açmışıq, Azərbaycan tərəfi də açıqlayırdı ki, erməni tərəfi atəşkəsi pozub. Bu təbii haldır. Orada real separatçı qüvvələrin qanunsuz şəkildə yerləşməsi var. Onların arxasında Rusiya dayanıb. Qərb ölkələrinin, NATO-nun Rusiya ilə gərgin vəziyyətdə olması fonunda münaqişə ocaqlarında bu cür halların baş verməsi gözlənilən idi.

Belə bir söz var, böyüklər öz aralarında çarpışanda, ortada qalanların saçları yolunur. Nə Donbasda yaşayanlar, nə də Ukraynada yaşayanlar bu münaqişənin olmasını istəyir”.

Hərbi ekspertin sözlərinə görə, böyük dövlətlər Ukraynanı alver predmetinə çeviriblər:

“Bu vəziyyətdə uduzan Ukrayna və Ukrayna xalqı olacaq. Arzu edərdim ki, danışıqlar yolu ilə məsələ öz həllini tapsın. Ancaq gedən proseslər onu göstərir ki, məsələnin həlli yolu Rusiya-NATO arasındakı münasibətlərdən aslıdır. İndi geosiyasi arenada gedən proseslər o qədər təhlükəlidir ki, hətta üçüncü dünya müharibəsinin qoxuları da gəlir”.

Səxavət Məmməd

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv