!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçüncü qüvvələrin gərginlik MAŞASI: "Əgər iki dövlət arasında hansısa saziş imzalanmayacaqsa..."

!Reklam – Yazi

“Region uğrunda mübarizə aparan dövlətlər var. Onların da proseslərə çox ciddi təsiri var. Əvvəl bir hadisə baş verən kimi deyirdik, Rusiyanın işidir. İndi Fransa da ortaya çıxıb”.

Bu fikirləri Ermənistanla Azərbaycan arasında baş verən proseslər, tərəflərin müharibə ritorikası və mövcud durumdan çıxış yollarını dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, region uğrunda mübarizə aparan dövlətlər qızışdırıcı mövqedədir:

“Ermənistan hiyləgər siyasət aparır. Ermənistan cəmiyyəti də vahid mövqe sərgiləyə bilmir. Orada rusofillər kifayət qədərdir. Rəsmi strukturlarda otururlar. Ermənistan iqtisadiyyatının, təhükəsizliyinin ayrılmaz hissəsi Rusiya ilə bağlıdır.

Azərbaycanın iddiaları doğrudur. İşğala məruz qalan tərəf olmuşuq. 80-ci illərdə Qazaxın kəndləri Ermənistana veriləndə insanların həyacanı yadımdadır. Siyasətimizdə müəyyən ardıcıllığın olmaması, bəzən spontan, bəzi hallarda populist şüarlara aludə oluruq. İndiki durumda kifayət qədər ölçülüb-biçilmiş, çərçivədən kənara çıxmayan siyasətə ehtiyac var. Populizm Azərbaycana indiki zaman ziyan edir. Ermənistanda necə təhdid ritorlikası varsa, Azərbaycanda da belədir.

Region uğrunda mübarizə aparan dövlətlər var. Onların da proseslərə çox ciddi təsiri var. Əvvəl bir hadisə baş verən kimi deyirdik, Rusiyanın işidir. İndi Fransa da ortaya çıxıb.

İlkin mərhələdə bir sənədin imzalanması lazımdır. Əgər iki dövlət arasında hansısa saziş imzalanmayacaqsa, üçüncü qüvvələr mütləq şəkildə müdaxilə edəcək. Problemi bir qədər də mürəkkəbləşdirəcəklər”.

Səxavət Məmməd

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv