Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Yenicag.az xəbər verir ki, FİFA referisi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda İslandiya-Estoniya oyununun baş hakimi olacaq.
Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək İslandiya-Estoniya matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.