Azərbaycanlı FIFA hakimləri 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.
Yenicag.az xəbər verir ki, Rauf Cabarov və Akif Əmirəli martın 19-dan 27-dək Niderlandda keçiriləcək 2-ci, Rəhim Həsənov və Mübariz Haşımov isə martın 25-dən aprelin 2-dək Macarıstanda təşkil ediləcək 7-ci qrupun oyunlarında iştirak edəcəklər.
Qeyd edək ki, 2-ci qrupda Niderland, Çexiya, İsrail və Şimali İrlandiya, 7-ci qrupda isə Belçika, Macarıstan, Norveç, eləcə də Bosniya və Herseqovina komandaları mübarizə aparacaq.