UEFA-nın Azərbaycan və Ermənistanla bağlı qərarı açıqlandı

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan yığma komandalarının ayrı-ayrı qruplara salınacağı dəqiqləşib.

Yenicag.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib. O, bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonrakı mətbuat konfransında bildirib ki, eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq.

Çeferin belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib.

Qeyd edək ki, AÇ-2020-nin püşkatma mərasimi 2018-ci ilin dekabr ayında İrlandiyanın paytaxtı Dublində baş tutacaq. Qitə birinciliyinin final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda keçiriləcək.

COP29