!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üfüqdə görünməyən SÜLH: "Dünyanın harasında görüş keçirilməsindən asılı olmayaraq..."

!Reklam – Yazi

“Nə qədər ki separatçı rejim ləğv edilməyib, Qarabağda yaşayan erməni əhali Azərbaycana inteqrasiya olunmayıb, Ermənistanla Azərbaycan arasında sülh məsələsi həll yolunu tapa bilməyəcək”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamasına rəğmən, iki ölkə arasında sülhün əldə oluna bilməməsi barədə danışan politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında razılaşdırılmayan təməl məsələlər var:

“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, Ermənistan Qarabağ məsələsini ərazi qarşıdurmasından hüquqi münaqişə müstəvisinə keçirmək istəyir. Qarabağda yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələlər tamamilə bu məqsədə hesablanıb. Yəni beynəlxalq mexanizmlərin yaradılmasını istəyirlər.

Bu nüansları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar: Ermənistan və Azərbaycan arasında dünyanın harasında görüş keçirilməsindən asılı olmayaraq, razılaşdırıla bilməyən məsələlər var. Həmin məsələ istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də Moskva görüşündə gündəmə gətirilib. Azərbaycan bu məsələni ayrı tutmaq istəyir.

Son olaraq nə qədər ki separatçı rejim ləğv edilməyib, Qarabağda yaşayan erməni əhali Azərbaycana inteqrasiya olmayıb, Ermənistanla Azərbaycan arasında sülh məsələsi həll yolunu tapa bilməyəcəyini bildirmək istəyirəm”.

Nəsimi Ələsgərli

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv