!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üfüqdən çox uzaq olan SÜLH: "Münaqişə riskinin hər an artma ehtimalı istisna olunmur"

!Reklam – Yazi

“Azərbaycanda iqlim mövzusunda keçiriləcək beynəlxalq tədbirə qədər Ermənistanla müəyyən razılaşmaların əldə olunacağı, sülh kontekstində bəzi sənədlərə imza atılacağı gözləniləndir”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma ehtimalından danışan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, otuz illik münaqişədən sonra baş tutan sülh danışıqları prosesində qarşı tərəfdən səmimiyyət gözləmək sadəlövhlük olar:

“Ermənistan sülh müqaviləsini imzalamağa məcbur və məhkumdur. Azərbaycanın qarşıya qoyduğu tələblər yerinə yetirilməlidir. Əks təqdirdə, istənilən vasitə, o cümlədən hərbi variantdan istifadə etmək hüququmuz var. Azərbaycanda iqlim mövzusunda keçiriləcək beynəlxalq tədbirə qədər Ermənistanla müəyyən razılaşmaların əldə olunacağı, sülh kontekstində bəzi sənədlərə imza atılacağı gözləniləndir. Bu amillər göz önünə gətirildikdə isə, həqiqətən də, keçmişdən fərqli olaraq, sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Ancaq qarşı tərəfin kim olduğunu nəzərə alsaq, münaqişə riskinin hər an artma ehtimalı istisna olunmur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv