!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uğursuz “Hind qambiti”: “Azərbaycan-Pakistan münasibətləri dərinləşdirkcə, onların düşmənçiliyi...”

!Reklam – Yazi

“Hindistanın Ermənistana davamlı silah göndərməsi onların öz aləmlərində Azərbaycan-Pakistan münasibətlərinə cavab sayılır”.

Bu fikirləri Azərbaycanın son dövrlərdə Ermənistanı intensiv silahlandıran Hindistanla münasibətlərinə yenidən baxmaq imkanlarını dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Hindistanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsinin səbəbləri məlumdur:

“Hindistanın Ermənistana silah ixracını artırmasının kökündə Azərbaycanla Pakistan arasında bütün sahələrdə əməkdaşlığın sürətlə dərinləşdirilməsidir. Yəni Pakistanla Kəşmir ərazisi üzrə uzunmüddətli problemi olan Hindistan əsassız yerə bu əməkdaşlığı özü üçün təhlükə kimi görür.

O baxımdan, Hindistanın Ermənistana davamlı silah göndərməsi onların öz aləmlərində Azərbaycan-Pakistan münasibətlərinə cavab sayılır. Ancaq məlumdur ki, Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi əməkdaşlığı hansısa ölkəyə qarşı yönəlməyib. Sadəcə, Hindistan bu əlaqələrdən xoflandığı üçün Ermənistanla yaxınlaşır.

Əlbəttə, bu durum Azərbaycan dövləti üçün qəbuledilən deyil. Fikrimcə, rəsmi Bakı bununla bağlı mövqeyini diplomatik kanallar vasitəsilə Dehliyə çatdırıb. Əgər Azərbaycanın etirazları nəzərə alınmazsa və Hindistan Ermənistanı silahlandırmaqda davam edəcəksə, yəqin ki, o zaman Bakının adekvat addımlarının şahidi olacağıq”.

A.Zeynalov

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv