!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uğursuz sevgi, qətl, məzar daşları... - "Mərmər soyuğu" filminə ictimai baxış keçirildi - FOTOLAR / VİDEO

!Reklam – Yazi

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminə ictimai baxış keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimat mərasimində Xalq artistləri Oqtay Mirqasımov, Xalidə Quliyeva, Mehriban Zəki və digər tanınmış kino xadimləri, filmin yaradıcı heyəti, media mənsubları iştirak edib.

Təqdimatdan sonra yaradıcı heyət filmlə bağlı sualları cavablandırıb, film ətrafında müzakirələr aparılıb. Kino xadimləri “Mərmər soyuğu”nu son illər çəkilən ən uğurlu film kimi dəyərləndirib. İstər rejissor işi, istər aktyor oyunu, xüsusən ekran işində baş rol ifaçıları Xalq artisti Qurban İsmayılov, gənc və istedadlı aktrisa Natavan Abbaslı və aktyor Elşən Əskərov yüksək dəyərləndirilib.

Xatırladaq ki, ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay NamazovAdil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, Baş prodüseri isə Fariz Əhmədovdur.

Filmdə baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı çəkiliblər.

Film, uğursuz rəssam (Elşən Əsgərov) və sevgilisinin (Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

Qeyd edək ki, qısa müddət ərzində film nüfuzlu beynəlxalq kino festivallarında təmsil olunub. Ekran işinin Asiya premyerası noyabrın 26-da baş tutub. Avropa premyerası isə noyabın 24-də 26-cı Tallin Qara Gecələr Film Festivalında (PÖFF/Tallin Black Nights Film Festival) reallaşıb. Sözügedən premyerada filmin rejissoru Asif Rüstəmov iştirak edib.

Daha sonra film Hindistanın Goa şəhərində keçirilən 53-cü Beynəlxalq Film Festivalında təmsil olunub.

Azərbaycanı festivalda “Azerbaijan Actors Agency”nin aktrisası, ekran işində baş rolda çıxış edən Natavan Abbaslı və filmin quruluşçu operatoru Oktay Namazov təmsil olunublar.

Filmin Baş prodüseri Arzu Əliyevadır.

Cəvahir

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv