!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ukrayna 2024-cü ildə təşəbbüsü saxlamaq istəyirsə..." - Rəsmi Kiyev nə etməlidir?

!Reklam – Yazi

“Ukrayna hazırkı əks-hücum zamanı nə qədər irəliləyiş əldə etsə də, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün növbəti hücumlar tələb olunacaq”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın əks-hücum əməliyyatlarından bəhs edən  Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) təhlilində qeyd olunub.

Bildirilib ki, Ukrayna hərbi avadanlıq itkisindən əziyyət çəkir. Ukrayna qüvvələri bəzi istiqamətlərdə irəliləməyə müvəffəq olub. Lakin ordunun sürəti çox aşağıdır. Bu da rus qoşunlarının bərpasına şərait yaradır.
Ukrayna Silahlı Qüvvələrinin yavaş irəliləməsinə səbəb olan əsas amillərindən biri Rusiyanın minaladığı sahələrdir. Rusiya hücumları uğurla dəf etmək üçün öz üsullarından istifadə edir. Ukrayna 2024-cü ildə təşəbbüsü saxlamaq istəyirsə, qış döyüşlərinə və sonrakı mövsümlərə indidən hazırlaşmalıdır.

Nəsimi Ələsgərli

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv