!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ukrayna bizim müttəfiqimiz deyil" - Almaniya MN

!Reklam – Yazi

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Ukraynanı müttəfiq hesab etməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF televiziyasına müsahibəsində bildirib. Almaniya Müdafiə Nazirliyinin rəhbəri Ukraynanı müttəfiq hesab etməkdən imtina edib.

O bildirib ki, bununla yanaşı, Almaniya öz imkanları daxilində Ukraynaya hərbi yardım göstərməyə davam edir.

“Biz əlimizdən gələni edirik. Eyni şey, demək olar ki, bütün digər müttəfiqlərə və tərəfdaşlara da aiddir. Amma Almaniya Ukraynanın müttəfiqi deyil və buna görə də heç bir alyansın üzvü deyil”, – nazir deyib.

Pistorius onu da qeyd edib ki, Almaniya Ukraynaya yardımın həcminə görə ikinci yerdədir, lakin hərbi sənaye tələb olunan vaxt çərçivəsində tədarükləri təmin edə bilmir.

Xuraman Etibarlı

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv